Ata Abdullayevin məhkəməsi başlayır

Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İstintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.
Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahmar Şahlar oğlu zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.
Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Oxşar Xəbərlər

Xəbər lenti