10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
AST TELMAN”I AZƏRBAYCANLI KİLLER ƏLƏ VERİB - Müflis olmuş iş adamı yenə şəxsi təyyarəsi ilə uçurmuş
Müflis olmuş iş adamı yenə şəxsi təyyarəsi ilə uçurmuş
Müflis olmuş iş adamı yenə şəxsi təyyarəsi ilə uçurmuş; İsrail vətəndaşı olan Telman İsmayılovun Rusiyaya təhvil verilməsi nə qədər gözləniləndir? AST Şirkətlər Qrupunun rəhbəri, bir vaxtlar Rusiyanın ən nüfuzlu iş adamlarından biri olan Telman İsmayılovun (“AST Telman”) Monteneqroda (Çernoqoriya) həbsi gözlənilməz oldu. Çünki 2017-ci ildə barəsində axtarış verilən, iki sifarişli qətldə və kredit öhdəliklərini yerinə yetirməməkdə günahlandırılan T.İsmayılov əvvəl Fransaya sığınmışdı, son illər isə Monteneqroda yaşayırdı və bu, Rusiyanın hüquq-mühafizə orqanları üçün sirr deyildi.
T.İsmayılov qətldə və maliyyə fırıldaqlarında günahlandırılsa da, o, xaricdə özünə “siyasi səbəblər” tapa bilmişdi. T.İsmayılov iddia edir ki, onunla bağlı istintaq sifarişlidir və siyasidir. Bu məsələdə T.İsmayılovun tutarlı arqumentləri də olmamış deyil. Çünki T.İsmayılovun problemləri 2010-cu ilin payızında-Rusiya hakim elitası daxilində baş verən çəkişmələr Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan bir
i Yuri Lujkovun
(vəfat edib) işdən qovulmasından sonra başlamışdı. Lujkov işdən çıxarılan kimi Kreml “qırğıları” ona qarşı kompromat müharibəsinə başladılar və sabiq merin himayə etdiyi iş adamları da hədəfə gəldi.
Burada isə T.İsmayılov ön sırada oldu. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü
. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizovski” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizovski” bazarı bağlandı, T.İsmayılovun nəhəng biznesinin çöküşü başladı...
Bəs, niyə iş adamını indi həbs etdilər, onun Rusiyaya verilməsi nə qədər gözləniləndir?
Telman İsmayılov
T.İsmayılovun yaxın ətrafından olan bir şəxs Rusiyanın “Moskovskiy komsomelts” qəzetinə bu barədə danışıb. Onun dediyinə görə, T.İsmayılov gizlənmirdi və onun yerini hamı bilirdi:
“Düşünürəm ki, onun indi həbsi kimlərinsə marağında olub. Şübhə yoxdur ki, bu, siyasi və yuxarıdan verilmiş qərardır”.
Onun sözlərinə görə, T.İsmayılov Monteneqroda villasında rahat yaşayıb, istədiyi vaxt şəxsi təyyarəsi ilə ölkənin hüdudlarını tərk edib. Bir neçə dəfə Fransaya və İsrailə gedib.
“Onun Rusiyanı tərk etməzdən əvvəl külli-miqdarda kredit öhdəliyi vardı. Əmlaklarının satışı son vaxtlaradək davam edirdi. Bütün obyektləri haqda ətraflı məlumatları və fotoşəkilləri Vahid Federal İflas Reyestrinin saytından tapmaq mümkündür”-
deyə, o bildirib.
T.İsmayılovun İsrail vətəndaşı olduğunu xatırladan həmin şəxs deyib ki, iş adamı həmin ölkədən müdafiə istəyəcək.
“Ya da ora etap olunmağa çalışacaq. Məsələn, İsraildə əhəmiyyətsiz bir işin başlanmasını təşkil etməyə çalışacaq və istintaq hərəkətlərində iştirak etmək üçün oraya köçürülməsini istəyəcək”
- deyə, o bildirib.
T.İsmayılovun həbsi barədə qərar ilk dəfə 2017-ci il oktyabrın 30-da verilib. T.İsmayılov o zaman artıq ölkədə deyildi və Fransaya yerləşmişdi. T.İsmayılov 2 qətldə təqsirləndirilirdi. “AST Telman” hazırda axtarışda olan qardaşı Rafiq İsmayılovla birgə iş adamı Vladimir Savkinin qətlində suçlanır. Həmin qətl 2016-cı ilin mayında baş verib.
Savkinlə T.İsmayılovun qardaşının şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5 milyon dolları verməyib.
İstintaqa görə, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.
Rafiq İsmayılov
Qətldən az sonra R.İsmayılov saxlanılsa da, o zaman “əli hər yerə çatan” qardaşı Telman hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb.
Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. T.İsmayılovun vəkili o zaman iddia edirdi ki, azərbaycanlı killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.
T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Vəkili “AST Telman”ın şərləndiyini desə də, qardaşları “satan” təkcə həbsdə olan killer deyildi.
T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşin idi. Bildirilirdi ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşinin indi də dövlətin qoruması altında olduğu deyilir.
Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Boleçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.
Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Bu barədə o zaman da, indi də əlavə bilgi verilmir. Əgər bu ittiham da “AST Telman”ın yenilənmiş istintaqında ortaya atılarsa, onu “silah baronu” kimi heç bir ölkə müdafiə edə bilməyəcək. İstisna etmək olmaz ki, sözügedən ittiham məhz onu istənilən ölkədə həbs etmək üçün ortaya atıla bilərdi...
Yada salaq ki, Abbas Abbasov 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona T.İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda işləməsindən məmnun olan A.Abbasov Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı.
Oxşar Xəbərlər
AST Telman -
Müflis olan Telman İsmayılova bu dəfə Ukraynadan hücum başladı
Telman İsmayılov Avropada milyonlarla dəyəri olan mülkünü itirib
VTB Telman İsmayılovun əfsanəvi restoranını satışa çıxardı
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…