Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov və mülki silahın daşınması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Aşağı Tala kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Sozcu.info-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, həmin şəxslərin rayonun Faldarlı kənd sakinləri Səbuhi Səmədov və Canqa Süleymanov olduqları müəyyən edilib. Onlardan qanunsuz olaraq ovladıqları dovşan və ov tüfəngləri götürülüb.
Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.



Oxşar Xəbərlər

Xəbər lenti