Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Sozcu.info-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Mahal Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan müxtəlif bükümlərdə narkotik vasitə olan, “heroin”, “metamfetamin” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}