Xəzərdə qanunsuz nərə balığı ovu ilə məşğul olan 20 nəfər saxlanılıb


Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Res­publikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­lər davam etdirilir.
Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir ki, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti böl­mələri tə­rəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə­rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.
Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlar­dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol­ma­ları müəyyən edilib.
Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olun­­maları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.


Oxşar Xəbərlər

Xəbər lenti