Narkotacir 15 il azadlıqdan məhrum edilib

Bakıda 6 kiloqrama yaxın narkotik vasitəni satmaqda ittiham olunan Elmin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sozcu.info xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elmin Quliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən Elmin Quliyev Abşeron rayon Masazır qəsəbəsində saxlanılıb.
Onun üzərinə baxış zamanı 2 kiloqram 415 qram heroin, 3 kiloqram 145 qram metamfetamin 470 qram tiryək, 3 ədəd elektron tərəzi və 4400 ABŞ dolları məbləğində saxta pul əskinasları aşkar olunaraq götürülüb.
Elmin Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti