Hikmət Mirzəyevin evi qarət olundu

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.
Sozcu.info xəbər verir ki, hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada mühafizəçi və it olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti