FHN Hospitalının baş həkiminə hökm oxundu

Rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının baş həkimi İmran Ağayevin məhkəməsi yekunlaşıb.
Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, İmran Ağayev hospitalın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilmək üçün xəstələrdən 10 min 500 manat rüşvət alıb. Bundan başqa, İ.Ağayevin 140 koronavirus xəstəsinin direktoru olduğu “Medi Style” klinikasına məxsus təcili yardım avtomobilləri ilə FHN hospitalına aparılması müqabilində həmin şəxslərdən 51 min 600 manatı almasına, həmçinin hospitalın ayrı-ayrı əməkdaşlarından 5 min manat rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib.


Oxşar Xəbərlər

Xəbər lenti