DTX-nın qazilərdən rüşvət alarkən saxladığı vəzifəli şəxslər hakim qarşısında



Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərfindən həbs edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılır.
Sozcu.info xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə rüşvət alan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və digər əməkdaşı Hüseyn Ağayevin cianyət işi üzrə məhkəmə araşdırması Bakı Hərbi Məhkəməsində baş tutacaq.
İşə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.
Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilir.
Qeyd edək ki, hər iki şəxs həbsdədir.


Oxşar Xəbərlər

Xəbər lenti