Müharibədə məlumat ötürən erməni zabit saxlanılıb - TƏFƏRRÜAT

Ermənistan Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin zabitini dövlətə xəyanətdə ittiham edərək saxlayıb.
Sozcu.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
İş materiallarına görə, zabit başqa ölkənin xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.
O, əməkdaşlığa yazılı razılıq verərək, kod adı və xaricdəki hərbi akademiyada birlikdə oxuduğu tələbə yoldaşları, eləcə də bölməsinin komandirləri haqqında məlumat üçün 1400 dollar alıb.
Bundan əlavə, hərbçi xarici hərbi sərginin erməni iştirakçılarının şəxsi məlumatlarını, bölmənin raket sistemlərinin sayını, 44 günlük müharibə zamanı texnikanın istifadəsi və itkiləri barədə məlumatları ötürüb.
MTX qeyd edir ki, zabit müharibə zamanı batareya komandirinin müavini vəzifəsini tutarkən qarşıya qoyulan tapşırıqları yerinə yetirmədiyindən Ermənistan texnikası Azərbaycan ordusu tərəfindən məhv edilib.


Oxşar Xəbərlər

Xəbər lenti