Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən polkovnik saxlanıldı

Rüşvətlə əsgərləri arxa cəbhəyə keçirən polkovnik saxlanıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələrinin polkovnikini saxlayıb.
Sozcu.info-ın məlumatına görə, polkovnik rüşvət müqabilində əsgərləri bir hərbi hissədən digərinə, eləcə də ön cəbhədən arxa cəbhəyə keçirməkdə ittiham olunub.
Qeyd olunub ki, polkovnik valideynlərin xahişi ilə 2 000-2 500 dollar müqabilində əsgərləri onların seçdikləri hərbi hissəyə yerləşdirirdi.
Bundan başqa, o, müharibə dövründə fərarilik hallarını ört-basdır etməkdə ittiham olunub.
Həmin polkovniklə yanaşı daha 10 nəfər saxlanılıb. (Trend)


Oxşar Xəbərlər

Xəbər lenti