İŞİD-ə qoşulan Gürcüstan vətəndaşları azadlıqdan məhrum edilib

Gürcüstanın 5 vətəndaşı terror təşkilatına üzv olmaqda və terror fəaliyyətinə kömək etməkdə təqsirli bilinib.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Məhkəmə prosesi və istintaq zamanı tədqiq edilən sübutlar Gürcüstan vətəndaşının “İslam dövləti” terror təşkilatına qoşulduğunu və onun daha 4 həmvətəndaşını bu qruplaşmaya cəlb etdiyini təsdiqləyib.
Yeni üzvlər Suriyaya yollanmaq və İŞİD sıralarında döyüşməyi planlaşdırırdılar.
Məhkəmənin qərarı ilə xarici terror təşkilatına yardım və terror fəaliyyətinə köməklikdə təqsirli bilinən şəxs 12 il, terror təşkilatına üzvlükdə təqsirli bilinən 4 nəfərin hər biri isə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Oxşar Xəbərlər

Xəbər lenti