15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Mayın 18-də Sumqayıt şəhərində keçirilən peşə festivalı zamanı insident baş verib.
Sozcu.info Qafqazinfo-ya istinadla xəbər verir ki, festivala gələn 25 yaşlı S.Vəliyev uca səslə qışqırmağa, ünvansız söyüşlər söyməyə başlayıb. O, quraşdırılmış səhnədə musiqilər səsləndirən DJ-yə yaxınlaşaraq dediyi mahnını qoymasını tələb edib.
Ərazidəki polis əməkdaşları S.Vəliyevi saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparıblar. Məlum olub ki, həmin şəxs sərxoş vəziyyətdədir.
S.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib və məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka həbs cəzası verilib.