Teleqramda qadınları şantaj edən şəxsin ibtidai istintaqı yekunlaşıb


Hədə-qoru ilə tələb etməkdə təqsirləndirilən Faiq Səfərəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sozcu.info  xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Zərərçəkmiş qismində 3 qadın tanınır.

Qeyd edək ki, F.Səfərəliyev ötən ilin dekabr ayında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirləri nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, teleqram sosial şəbəkəsində müxtəlif şəxslərin görüntülərini yayaraq pul tələb edib.

F.Səfərəliyev ifadəsində idarə etdiyi teleqram kanallarında paylaşdığı şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiyini etiraf edib.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti