8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbs müddətinin artırılması ilə bağlı partiya tərəfindən bəyanat yayılıb. Hurriyyet.az həmin bəyanatı olduğu kimi təqdim edir:
“Azərbaycan hakimiyyəti qondarma ittihamlara əsaslanan məhkəmə hökmləri ilə 5 aydan çoxdur, qanunsuz olaraq həbsdə saxladığı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı saxta “hüquq” müstəvisində təzyiqləri davam etdirməkdədir. Görünür, 2022-ci il yanvarın 13-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun çıxardığı qanunsuz hökm əsasında 5 ay, bu il aprelin 15-də eyni məhkəmədə hakim Rauf Daşdərimov tərəfindən verilən hökmlə daha 1 ay müddətinə azadlıqdan məhrum edilən Əli Əliyevə yönəlik qanunsuzluqların miqyası hakimiyyət üçün yetərli deyil. Belə olmasaydı, hakimiyyət məlum davranışı ilə cəmiyyətdə özü barəsində arzuedilməz rəy yaradan Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun şəxsində VİP sədrinə qarşı xüsusi ittiham qaydasında şikayət verilməsi və bu əsassız işin Yasamal Rayon Məhkəməsində icraata götürülməsinə yol açmazdı.
Qeyd edək ki, bu iddia üzrə Yasamal Rayon Məhkəməsində 2022-ci il iyunun 7-də hakim Rəşad Cavadzadənin sədrliyi baş tutan iclasda Əli Əliyevin adıçəkilən şikayətçi haqqında səsləndirdiyi fikirlərdə təhqir elementinin olub-olmadığını müəyyənləşdirmək üçün VİP sədrinin çıxışının linqivistik ekspertizaya göndərilməsi qərara alınmışdı. Lakin hakimiyyət Əli Əliyevə münasibətinin dəyişməzliyini bird aha nümayiş etdirərək, sözügedən ekspertizanın rəyini VİP sədrinin azadlığa çıxacağı tarixdən bir neçə həftə əvvəl “hazırlayanaq” məhkəməyə təqdim olunmasını yüksək “operativ”liklə təmin etdi. Bununla da 2022-ci iyunun 23-də hakim Rəşad Cavadzadənin sədrliyi keçirilən məhkəmə iclasında Əli Əliyev barəsində hansı hökmün çıxarılacağını təxin etmək çətin olmadı. Nəticədə bu gözləntilər özünü doğrultdu və şikayətçinin qatılmadığı məhkəmə iclasını koobud qanun pozuntuları ilə aparan hakim Rəşad Cavadzadə Azərbaycan məhkəmə-hüquq tarixinin “qara səhifə”lərinə öz adını yazaraq, VİP sədrinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxardı. Beləliklə, Azərbaycanın müstəqillik tarixində ilkə imza atılaraq bir partiya sədrinə 5 ay ərzində 3 qondarma şikayət əsasında 3 qanunsuz hökm çıxarılması praktikasının əsası qoyuldu.
Vətəndaş və İnkişaf Partiyası (VİP) qanunsuz həbsdə saxlanılan Əli Əliyevin üçüncü qondarma ittiham əsasında daha 6 ay müddətinə azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyir, VİP sədrinə qarşı “qanuni don” geydirilən saxta hüquqi prosedurların dayandırılmasını və VİP sədrinin ən qısa vaxtda azadlığa buraxılmasını, eyni zamanda, ölkənin prinsipial müxalifət qüvvələrinə qarşı təzyiqlərə qoymağı hakimiyyətdən tələb edir. VİP bəyan edir ki, Əli Əliyevin qanunsuz həbsdən azadlığa buraxılması istiqamətində bütün qanuni vasitələrdən istifadə etməklə mübarizəni ardıcıllıqla davam etdirəcək”.
Hurriyyet.az