Deputat saxlanıldı


Moskvada polis tanınmış rusiyalı müxalifətçi, Rusiya Federasiyasının Krasnosilski bələdiyyə dairəsinin deputatı İlya Yaşini saxlayıb.

Bu barədə rusiyalı jurnalist İrina Babloyan məlumat verib.

Jurnalistin sözlərinə görə, müxalif siyasətçi gəzinti zamanı skamyada oturarkən saxlanılıb. Saxlanılan şəxs Lujniki polis bölməsinə aparılıb.

Sonradan məlum olub ki, müxalifətçi polis əməkdaşlarına tabe olmamaqda ittiham olunur. Lakin Babloyan iddia edir ki, Yaşin polisə müqavimət göstərməyib. Saxlanılan şəxsə vəkillə görüşə icazə verilib.

Bundan əvvəl Yaşin Vyetnamdakı müharibəyə qarşı etiraz aksiyalarından 1969-cu ilə aid fotoları dərc etdikdən sonra “Rusiya ordusunu gözdən salmaq” haqqında yazısına görə 30 min rubl cərimələnib.



 

 

Unikal.az

 



Oxşar Xəbərlər

Xəbər lenti