Saxlanılan gömrük məmuru Sahil Babayevin əmisi oğludur?


Xəbər verdiymiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Gömrük Komitəsində keçirdiyi növbəti əməliyyat zamanı Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin də saxlanıldığı bildirilir.

Sozcu.info xəbər verir ki, Rəşad Babayev haqqında bundan öncə də mediada müxtəlif materiallar dərc edilib. Həmçinin onun əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olması barədə də məlumat yayılmışdı. Lakin DGK-nin mətbuat xidmətindən verilən açıqlamada Rəşad Babayevin nazirin əmisi oğlu olmadığı bildirilmişdi.

Xatırladaq ki, Rəşad Babayev Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra isə o, Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. Hazırki vəzifəsindən əvvəl isə R.Babayevin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işlədiyi qeyd edilir. \\Axar.az



Oxşar Xəbərlər

Xəbər lenti