Ayrıldığı arvadını 6 yerindən bıçaqlaya şəxs: "Mən cahillik etdim"


Türkiyədə ayrıldığı arvadını bıçaqlayan şəxs evinə gedərək ona 6 yerdən bıçaq xəsarəti yetirib və "Mən cahillik etdim" deyərək özünü müdafiə edib.

Sozcu.info xəbər verir ki, hadisə türkiyəni Ordu şəhərində baş verib.

Ordunun Ünye rayonunda ayrıldığı arvadını 6 yerindən bıçaqlayaraq ağır yaralayan ər, həbs olunduqdan sonra məhkəmə tərəfindən həbsxanaya göndərilib.

38 yaşlı Naci T. oktyabr ayının 3-də ayrıldığı həyat yoldaşı 36 yaşlı Canan T.-ni 6 yerindən bıçaqladıqdan sonra yoxa çıxıb və polis və jandarma əməkdaşlarının təşkil etdiyi əməliyyat nəticəsində yaxalanıb. Dini nikahla birlikdə yaşadığı 2 uşaq anası Öznur Temizin ölümünə görə də axtarışda olan Naci T. qəsdən xəsarət yetirmək ittihamı ilə ədliyyəyə gətirildiyi məhkəmə tərəfindən həbs edilərək Ünye M Tipi Qapalı Cəzaçəkmə Müəssisəsinə. göndərilib. 

Naci T. polisə verdiyi ifadəsində “Həyat yoldaşımla aramıza qohumlar girdikdən sonra ayrıldıq. Sonra həyat yoldaşımla boşanma vəziyyətinə gəldik. Məni narkomaniya mülicəsinə göndərəcəkdilər. Haqqımda dəli rəyi alıb uşaqları uzaqlaşdıracaqdılar. Bu səbəblərə görə qəzəbləndim. Hadisə baş verən gün sərxoş idim. Mən həyat yoldaşımın yaşadığı evin 1-ci mərtəbəsinin eyvanına çıxdım. Qonaq otağına keçdim, məni divanın arxasında gördü. Mübahisə etməyə başladıq, sonra onu bıçaqladım”, - deyə bildirib.

Musavat.com




Oxşar Xəbərlər

Xəbər lenti