20 evdən oğurluq edən dəstə üzvləri saxlanılıblar


Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

DİN-dən Sozcu.info-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuşlar Ümüd Kərimov və Nihat Qafari tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıblar.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Binə qəsəbəsində oğurluqlar edən digər dəstənin üzvləri – əvvəllər məhkum olunmuş Sərhad Əmirov, Sübhan Ağayev vəə Ramin Qarayev tutulublar. Bu şəxslərin Xəzər rayonunda 7 evdən və 1 mağazadan oğurluq etdikləri müəyyən edilib. Onların Binə qəsəbəsində yerləşən mağazadan 1600 manat oğurladıqları müəyyən edilib.Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da daha 3 mənzildən oğurluqlar etdikləri sübuta yetirilib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti