28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
"Şağan olimpiya komleksi"ndə keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş Səfixanov Ruslan Elçin oğlu 2006-cı il təvəllüdlü Rüstəmov Turan Zəka oğlunu bıçaqla xəsarət yetirərək qəsdən həyatdan məhrum edib.
Sozcu.info BAKU.WS-ə istinadla xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kənan Babazadə bildirib.
O əlavə edib ki, ilkin istintaq zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verməsi müəyyən olunub və şübhəli şəxs qismində tutulan Səfixanov Ruslan ifadəsində qeyd edilən əməli törətdiyini etiraf edib: "28 noyabr tarixində Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib".