Quba yolunda ağır qəza törədən TIR sürücüsü saxlanıldı - RƏSMİ


Bakı-Quba yolunda qəza törədən TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.

Sozcu.info xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

“Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır”, - DİN rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində 6 nəfər - 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev həlak olub.

Qəzada yaralanan TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. TƏBİB-dən Modern.az-a verilən məlumata görə, E.Atayev bu gün ambulator müalicə üçün evə buraxılıb.



Oxşar Xəbərlər

Xəbər lenti