Şabran sakinlərindən külli miqdarda narkotik vasitə müsadirə edilib


Şabran sakinlərində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}