8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Qaqa Bulut” kimi tanınan sosial media fenomeni Bulut Altuğ polis tərəfindən saxlanılıb.
Sozcu.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Altuğ insanlara pul qarşılığında şantaj etmək ittihamı ilə tutulub.
Belə ki, o, "Telegram" tətbiqində yaratdığı kanal vasitəsilə cinsi məzmunlu videolar paylaşaraq, həmin görüntüləri silmə qarşılığında külli miqdarda pul tələb edib. Altuğun evində aparılan axtarışlar zamanı cinayət yolu ilə əldə edildiyi müəyyən edilən 500 min lirə dəyərində qızıl və nağd pul ələ keçirilib.
Qeyd edək ki, Bulut Altuğ bir müddət öncə iki azyaşlının videosunu paylaşdığı üçün saxlanılmışdı. Mühakimə zamanı 17 il həbs cəzasına məhkum edilmiş, sonra isə sərbəst buraxılmışdı.
Nilay