Polis idarəsinə 100 dəfə şikayətə getdi - HƏBS OLUNDU


Bakıda 100 dəfəyə yaxın polis idarəsinə gedərək iş rejimini pozan qadın həbs edilib. Sozcu.info-nun məlumatına görə, 42 yaşlı İsmayıllı sakini Kəmalə Raufzadə (şərti ad-soyad) dekabrın 21-dən etibarən Bakıda 100 dəfəyə yaxın Metropolitendə Polis İdarəsinə gedib.

İttihama əsasən, o, polis işçilərinə qarşı nalayiq ifadələr işlətməklə onların iş rejimini pozub, söyüş söyüb. Ondan bu hərəkətlərinə son qoymasını tələb edən polisin tələblərinə tabe olmayıb. Daha sonra onun barəsində inzibati tutulma haqqında protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Metropolitendə polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi məhkəmədə bildirib ki, K.Raufzadə qeyd edilən tarixlərdə polis idarəsinin inzibati binasında, onun giriş hissəsində ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq edib: “Həmin xanım yaxın bir neçə ay ərzində 100 dəfəyə yaxın idarəyə gəlib. Əksər hallarda səbəbsiz yerə növbətçi hissədə olan polis əməkdaşlarına, dəhlizdə rastlaşdığı polislərə nalayiq sözlər deyib. Üstəlik, mənim şəxsi mobil nömrəmə təhqiramiz mesajlar göndərib”.




Oxşar Xəbərlər

Xəbər lenti