Dövlət Qoruğunda HƏBSLƏR

Dövlət Təbiət Qoruğu ərazisində qanunsuz ova cəhd edənlər saxlanılıb.

Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində ov etmək qanunla qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri bunu bilməzlikdən gəlir.

Sozcu.info 
Zaqatala Dövlət Təbiət Qoruğu idarəsinə istinadən bildirir ki, qoruq ərazisi Böyük Qafqazın cənub yamaclarında yerləşən Qax, Zaqatala və Balakən rayonlarının ərazisində yerləşir. 

Qoruq ərazisi xüsusi mühafizə zonası hesab edildiyindən ciddi mühafizə olunur. Bu günlərdə qoruğun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ərazidə ova cəhd edən şəxslər aşkarlanaraq saxlanılıb.
Araşdırma zamanı brokonyerlərin Balakən rayon sakinləri Şamil Mustafayev və Eldar Əliqayev olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində sənədlər toplanaraq rayon prokurorluğuna göndərilib. 



Oxşar Xəbərlər

Xəbər lenti