İrana casusluqda ittiham olunan daha 16 nəfər həbs edilib – Adları...


Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs edilib.

Sozcu.info xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövlət”inin əlaqələrini dərinləşdirməyə çalışıblar. Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

Saxlanılan şəxslər bunlardır - S. Məmmədov, R. Rüstəmov, Ə. Əsədullayev, C. Balaşov, V. Pünhanəliyev, V. Fərzəliyev, T. Qasımov, T. Mirişov, M. Mamedov, M. Əhmədov, İ. Həsənov, Ə. Firudunbəyli, M. Fətəliyev, M. Rzayev, Ş. Süleymanov və A. Əliyev.

Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}