Naxçıvanda iki vəzifəli şəxsə cinayət işi açıldı


İcra nümayəndəliyində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Sozcu.info xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurluğu məlumat yayıb.

Belə ki, Babək Rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Eldəniz Hümbətov və İntizam Məmmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüququnun tanınması üçün qanunsuz sənədlər verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İbtidai istintaq davam etdirilir.

oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti