Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb


Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb.

Sozcu.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Naxçıvan Muxtar Respubliksının (MR) DİN və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonunun Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

E.Tarverdiyev tutularaq istintaqa təhvil verilib.

"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir", - məlumatda qeyd olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}