Rüşvətə görə həbs olunan FHN hospitalının əməkdaşları azadlığa buraxılıblar


Rüşvət almağa görə məhkum edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul Hospitalının sabiq əməkdaşları Rüfət Vəlizadə və Taleh İmanlı azadlığa buraxılıblar.

Hurriyyet.az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi xəbərə görə, məhkumlar təyin olunmuş cəzanın üçdəiki hissəsini çəkmələri ilə əlaqədar vaxtından əvvəl şərti olaraq həbsdən azad ediliblər.

Bir müddət əvvəl sözügedən hospitalın sabiq baş həkimi İmran Ağayev də eyni cür azadlığa buraxılıb.

Xatırladaq ki, İmran Ağayev və digərləri koronavirus pandemiyası dövründə xəstələri hospitalın “VİP korpus”larına yerləşdirmək və xəstələrin “Medi Style” klinikasından FHN hospitalına köçürülməsi müqabilində rüşvət almaqda ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay, Rüfət Vəlizadə 8 il 1 ay, Taleh İmanlı isə 8 il 1 ay, Qulu Orucov 5 il müddətə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi Rüfət Əlizadə və Taleh İmanlının cəzasını 3 il 6 aya, Ali Məhkəmə isə 2 il 6 aya endirmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti