Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Hüquq-mühafizə orqanları daha çox "Hobot" kimi tanınan "qanuni oğru" Andrey Voznesenskini federal axtarışa verib.
Sozcu.info lent.az-a istinadən bildirir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.
Rusiyanın aparıcı kriminal avtoritetlərindən biri olan "Hobot" Cinayət Məcəlləsinin 210-cu maddəsi ("Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq") ilə ittiham olunur.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, o, oğru ideologiyasını, cinayətkar adət və ənənələri yaydığı Moskva vilayətini "ram edib".
2021-ci ildə Tulanın Leninski Rayon Məhkəməsi Voznesenskini xüsusilə böyük miqyasda dələduzluq cəhdinə görə altı il yarım müddətinə azadlıqdan məhrum edib. Qanuni oğrunun 2027-ci ilin yanvarında azadlığa çıxması nəzərdə tutulsa da, aprel ayında görmə qabiliyyətinin itirilməsi səbəbindən vaxtından əvvəl azadlığa buraxılıb.
"Hobot" ağır ittihamlarla 8 dəfə məhkumluq həyatı yaşayıb.