Cəlilabad polisindən əməliyyat: qardaşlar saxlanıldı


Cəlilabadda qardaşlardan narkotik vasitə götürülüb.

Bu barədə Sozcu.info-nun Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri - əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi "AzSamand" markalı avtomobildə saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 300 qram marixuana və əlavə olaraq metadon həbi aşkarlanaraq götürülüb.

Fakt bağlı araşdırma aparılır./axar.az\



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}