8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, rayonda keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2 nəfər saxlanılıb.
Saxlanılan Salyan sakini Bəhruz Hüseynov və Sabirabad sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramovdan müvafiq olaraq 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib.
Onların həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı aldıqları müəyyən edilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
qafqazinfo.az