Öldürülən azərbaycanlı qızın anası həbs edildi


Əslən Ərdəbilin Səreyin bölgəsindən olan və 2022-ci ilin etiraz aksiyalarında həbs edilən və həbsdən buraxıldıqdan sonra həyatını itirən azərbaycanlı Yəlda Ağafəzlinin anası Fəhimə Muradı həbs edilib.

News24.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

11 noyabr 2022-ci ildə intihar edən gəncin zindanda qarşılaşdığı davranış və işgəncələrdən dolayı sarsıntı keçirdiyi bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}