Əxlaqsızlıq yuvası işlədən ata və oğulları tutuldu


Krasnoyarskda ata iki oğlu ilə birgə əxlaqsızlıq yuvası işlədib.

Kişi oğlanları ilə birlikdə əxlaqsızlıq yuvası işlədərək qızları fahişəliyə cəlb edib.

Polisə daxil olan məlumata görə, Krasnoyarskın Sovetski rayonundakı masaj salonunda işçilər intim xidmət göstəriblər. Təhlükəsizlik qüvvələri hadisə yerinə gedib və orada işləyən qızların həqiqətən də pul müqabilində cinsi xidmət göstərdiklərini müəyyən ediblər. Yoxlama zamanı salonda 26 yaşlı iki seks işçisi və bir inzibatçı aşkar edilib.

Məlum olub ki, əxlaqsızlıq yuvasını 27 və 21 yaşlı oğulları ilə birlikdə 58 yaşlı şəhər sakini açıb. Əməliyyat zamanı hər üçü saxlanılıb. Məlum olub ki, onlar masajçıların işə qəbulu ilə bağlı internetdə elanlar yerləşdiriblər. Ata və oğlanlarına qarşı cinayət işi başlanıb./Gundem.az



Oxşar Xəbərlər

Xəbər lenti