SON DƏQİQƏ! Arif Hacılının oğlu HƏBS EDİLDİ - FOTO


Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, O.Hacılı Müsavat Partiyasının başqanı Arif Hacılının oğludur./Report

WhatsApp Image 2023-11-02 at 12.17.25.jpeg (93 KB)





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}