8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxıb”.
Bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, platformada 50 000 manata qədər pulu batan insanlar var:
“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanmış pul qazandıran platforma idi.Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”.
“Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”, - deyə paylaşıma Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev fikir bildirib./oxu.az