Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Meyxanaçı Rəşad Dağlı qətl törətmək üçün mağazadan bıçaq alanda kameralara düşüb.
Sozcu.info xəbər verir ki, lent.az həmin görüntüləri əldə edib.
Görüntülərdən belə məlum olur ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da gecə saat 04 radələrində mağazaya daxil olur. Mağazada vitrindəki bıçağı seçən meyxanaçı pulunu ödəyərək oranı tərk edir.
İstintaq zamanı dindirilən Rəşad Dağlı bildirib ki, İskəndər Mehdiyevlə görüşə gedərkən Bakı-Sumqayıt yolunda siqaret almaq üçün mağazaya girib. Siqaret alanda görüb ki, kassa olan masanın üstündə bıçaqlar var:
“İskəndərin “boş gəlmə” sözü yadıma düşdü. Bıçağı aldım və maşına əyləşib İskəndərin yaşadığı evin qarşısına gəldim”. Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirib. Hadisədən sonra meyxanaçı könüllü olaraq polisə təslim olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.