Azərbaycanda DƏHŞƏT: yeniyetmə oğul atasını qətlə yetirdi


Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun 2008-ci il təvəllüdlü oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti