Yalan məlumat verib dövlət qurumlarını hərəkətə keçirdi VİDEO


Dünən axşam saatlarında Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə yalan məlumat yayılıb.

Sozcu.info xəbər verir ki, polisə, FHN-ə və təcili tibbi yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə məlumat verib. Qəza səbəbindən xəsarət alan şəxslərin olduğunu bildirərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Lakin ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş verməməsi, daxil olan məlumatın həqiqəti əks etdirməməsi məlum olub.

Dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

qaynarinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}