Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.
Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.
İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.
Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib. (Qafqazinfo)