Bakıda azyaşlı qıza zorakılıq edən kişi saxlanıldı


  • Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur. 

DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, sözügedən görüntülər araşdırılıb. 

Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döydüyü, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkiyi iddia edilir.






Oxşar Xəbərlər

Xəbər lenti