8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Cia.az "qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb.
Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib.
***
APA-nın xəbərinə görə Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.
Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat fevralın 22-si məhkəməyə daxil olub. Təqdimata Xətai rayon Məhkəməsində baxılacaq.
Əldə etdiyimiz yeni məlumata əsasən, Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Hakim Rəfail Sadıqovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən Ə.Əhmədovun tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.
Ə.Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçiriləcək, psixi xəstəliyinin olub-olmaması haqda rəy veriləcək.
Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli “Respublika Psixiatriya Xəstəxanasına” əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.