8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı vətəndaşlara qarşı dələduzluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.info-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində iki şəhər sakinini aldadaraq onların pullarını dələduzluq yolu ilə mənimsəyən Abşeron rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb.
N.Əjdərova zərərçəkənlərin etibarından istifadə edərək, onlara güzəştli mənzil almalarına, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əjdərova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
N.Əjdərovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.