Cəlilabadda əməliyyat: Qohumlar saxlanıldı


Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar.

Sozcu.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuşlar Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.

Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti