Komandir hərbçilərdən rüşvət almağa görə həbs edildi


Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

Sozcu.info xəbər verir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.



Oxşar Xəbərlər

Xəbər lenti