143 milyonluq yeyintidə ilk hökm - Ağır cəza verildi


143 milyonluq mənimsəməyə görə həbs edilən zabitlərdən biri-Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin sabiq maliyyə-xidmət rəisi Sadiq Hacıyevin məhkəmə araşdırması başa çatıb.

Sozcu.info xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən S.Hacıyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. S. Hacıyev dövlətə dəymiş ziyanı ödəmədiyi üçün həbs edilib.



Oxşar Xəbərlər

Xəbər lenti