Deputatlığa namizəd adam bıçaqladı - Yenilənib


Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Sozcu.info xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.

***

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat edilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.

Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.

report.az



Oxşar Xəbərlər

Xəbər lenti