8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşməsi ilə bağlı azadlıqdan məhrum edilən iki hərbçi tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, Hərbi Prokurorluğun avqustun 7-də yaydığı məlumatdan aydın olur ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.
Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbrik Babayev və Taleh Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 329-cu maddəsində tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlərə görə cəza nəzərdə tutulur.
Təbriz Babayev Cinayət Məcəlləsinin 329.2.1-ci (eyni əməllər təkrar törədildikdə), 329.2.2-ci (eyni əməllər iki və ya daha çox şəxsə qarşı törədildikdə), ən acınacaqlısı isə 329.2.6-cı maddəsi (eyni əməllər işgəncə verməklə törədildikdə) üzrə təqsirli bilinib.
Bundan başqa, ona qarşı Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə də ittiham irəli sürülüb.
Azadlıqdan məhrum edilən digər hərbçi Taleh Həməşəyev isə Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə təqsirli bilinib.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmüş əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) meyitlərinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.
Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.