Bakıda evdən 6 minlik qızıl oğurlandı


Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mənzillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Sozcu.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Pərviz Məmmədov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitələr olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslə bağlı aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti