Gürcüstan həbsxanalarında ən çox hansı ölkələrin vətəndaşları saxlanılır? – SİYAHI


Bu ilin ilk yarısının sonuna olan məlumata görə Gürcüstan həbsxanalarında 56 ölkədən 994 əcnəbi məhkum saxlanılır.

Sozcu.info xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti açıqlayıb.

Bildirilir ki, hər on məhbusdan biri və yaxud məhbusların ümumi sayının 9,6%-ni əcnəbilər təşkil edir. Onlardan 673 nəfər artıq müxtəlif cinayətlərə görə məhkum olunub, qalanları isə hökmün çıxarılmasını gözləyir. Xarici məhbusların əksəriyyəti kişilərdir. Onların 95-i qadın, ikisi azyaşlıdır.

Xarici məhbusların üçdə biri Türkiyə vətəndaşıdır. Sonrakı yerdə Rusiya, Azərbaycan, Ermənistan və Ukrayna vətəndaşları gəlir. Gürcüstan həbsxanalarında ABŞ, Fransa, Almaniya, İsrail və digər ölkələrin vətəndaşları da cəza çəkirlər.

Ümumilikdə, 2024-cü il iyulun 1-nə Gürcüstan həbsxanalarında 10 min 367 məhbus olub.

Yeniavaz.com



Oxşar Xəbərlər

Xəbər lenti